2020-10-29 10:05
Oktyabrın 27-i Bərdənin Qarayusifli kəndini raket hücumumuna məruz qoyan Ermənistan silahlı qüvvələrinin növbəti vandallığı dünən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” tipli əməliyyat-taktiki təyinatlı böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 raket zərbəsi endirməsidir. Nəticədə 5-i qadın olmaqla, 21 nəfər həlak olub. Terror qurbanlarından biri Gəncə sakini 29 yaşlı Şəfiyev Rəşad Vaqif oğludur. 8-i uşaq, 15-i qadın olmaqla 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş prokurorluğun məlumatına görə, 30-dan artıq mülki infrastruktur obyektinə, 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib. Faktla bağlı cinayət işi başlanılıb.
Nərgiz Camal