Azərbaycan dayanıqlılıq, baxış və işə son dərəcə sadiqlik nümayiş etdirib.Bu fikirlə Bakıda keçirilən WUF13-ün bağlanış mərasimində beynəlxalq rəsmilər Azərbaycana təşəkkür ifadə ediblər. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ölkənin təşkilatçılığını yüksək qiymətləndirib.O, deyib ki, WUF13 rekord sayda iştirakçı qeydə alınıb - 57 min nəfər. Qambiya və Latın Amerikası təmsilçiləri də forumun uğurla keçirildiyini vurğulayıblar.Çıxış edən beynəlxalq nümayəndələr Azərbaycanın təşkilatçılığını və qonaqpərvərliyini yüksək qiymətləndiriblər.Bakı WUF13-ün bağlanış mərasimində təhvilvermə baş tutub və WUF14-ün 2028-ci ildə Mexikoda keçiriləcəyi elan edilib.Mexikonun beynəlxalq məsələlər üzrə baş koordinatoru Rosio Lombera Qonsales deyib ki, Meksika Bakıdan çoxlu sayda ideya ilə qayıdır."Biz bu irsə layiq olmağı və Bakının hamımıza qarşı nümayiş etdirdiyi eyni səxavət və açıqlığı WUF14-də göstərməyi öhdəmizə götürürük", - Qonsales bildirib.WUF13 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb.Mərasim forumun rəsmi bağlanışını simvolizə edib və növbəti Ümumdünya Şəhərsalma Forumuna keçidi ifadə edib.
22 may 2026

