Canlı
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Beynəlxalq Cüdo Federasiyasının açıqladığı yeni reytinq cədvəli Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb. Belə ki, cüdoçularımızın əksəriyyəti mövqelərini qorumağı bacarıblar. İlk “onluq”da yer alan tatami ustalarımızdan 73 kq-da Rüstəm Orucov 2-ci, Hidayət Heydərov 4-cüdür. 100 kq-da Elxan Məmmədov 3-cü, Elmar Qasımov 6-cıdır. Qadınlar arasında ən yaxşı nəticə isə 6-ci olan İrina Kindzerskaya məxsusdur.

Fərid Mehdizadə