Beynəlxalq Cüdo Federasiyası Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salıb
2020-03-10 12:08
Beynəlxalq Cüdo Federasiyası Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salıb. Koronavirusa görə bu qərar qəbul edilib. Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prillər baş tutmayacaq.
Vəfa Şairova