Beynəlxalq Biznes Forumu Qarabağa investisiya cəlbinə xidmət edəcək. Mikayıl Cabbarov
2021-11-15 12:00
Beynəlxalq Biznes Forumu Azərbaycanın azad edilmiş ərazilərində layihələrin reallaşdırılması üçün investisiyaların cəlb olunmasına xidmət edəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu forum ölkənin investisiya cəlbediciliyinin artırılması, kiçik və orta biznesin inkişafı üçün əlverişli platformadır. "Biz Qarabağda sənaye parkları kimi iri layihələri reallaşdırırıq. Bu, regionun investisiya cəlbediciliyinin artmasına kömək edəcək", - Mikayıl Cabbarov vurğulayıb.
Vüsalə camal