Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilən Polad Babayev Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana ekstradisiya edilib.Ədliyyə Nazirliyindən verilən məlumata görə, o, 2022-ci ildən etibarən vətəndaşları əlillik təqaüdü təyin etdirmək və işə düzəltmək adı ilə aldadaraq onların pul vəsaitlərini mənimsəməkdə ittiham olunur.Beynəlxalq prosedurlar tamamlandıqdan sonra şəxsin Azərbaycana təhvil verilməsinə razılıq verilib.
05 iyun 2026

