Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutulub
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun xətti ilə beynəlxalq axtarışa verilən və Albaniyada yeri müəyyən edilən Azərbaycan vətəndaşı Elçin Abdulxalıqov Azərbaycana ekstradisiya olunub.Ədliyyə Nazirliyindən verilən məlumata görə, E.Abdulxalıqov 2020-ci ildə şirkətlərin birində satış üzrə mütəxəssis işləyərkən distribütorlardan şirkət kassasına ödənilməli olan 78 min manat pulu mənimsəməkdə ittiham olunur.
30 oktyabr 2026

