Beynəlxalq Atıcılıq Federasiyası 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib
2020-01-06 14:09
Beynəlxalq Atıcılıq Federasiyası 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib. Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək. Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.
Fərid Mehdiyev