Beynəlxalq analitik mərkəzlərin nümayəndələrinin Ağdama səfəri başlayıb
2021-04-12 14:08
Beynəlxalq analitik-beyin mərkəzlərinin nümayəndələrinin Ağdam rayonuna səfəri başlayıb. Səfər proqramına şəhərin mərkəzinə, dağıdılmış Cümə məscidinə, Dram Teatrına, İmarət stadionuna və Qarabağ xanlarının kompleksinə ziyarət daxildir. İştirakçılar habelə erməni işğalı zamanı şəhərdəki dağıntıların miqyası ilə də tanış olacaqlar.
Nərgiz Camal