Canlı
Beynəlxalq şahmat festivalında azərbaycanlı qrossmester ikinci sırada qərarlaşıb

2018-04-16 / 18:17

Türkiyənin Ordu şəhərində beynəlxalq şahmat festivalı keçirilib. “A” turnirində mübarizə aparan Azərbaycan qrossmeysteri Nicat Abbasov 6.5 xal toplayaraq turniri ikinci sırada başa vurub. Beynəlxalq şahmat festivalının əsas yarışında 51 şahmatçı, o cümlədən 14 qrossmeyster qüvvəsini sınayıb. İsveçrə sistemi üzrə baş tutan beynəlxalq turnir 9 turdan ibarət olub.

Vüsalə Camal