Beyləqanda avtomobil aşıb, sürücü ölüb
Beyləqanın Örənqala qəsəbəsində 55 yaşlı Həsənov Əhməd İslam oğlu idarə etdiyi "VAZ 21099"u aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Bakının Nəsimi rayonunda isə 5 saylı sərnişin avtobusu avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 35 yaşlı Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.