Beyləqandakı arxeoloji qazıntılarda qədim tikililərin izləri aşkarlanıb
Beyləqan rayonunun Təzəkənd kəndində qədim tikililərin qalıqları aşkarlanıb.AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan verilən məlumata görə, 2026-cı ilin iyul-avqust aylarında aparılan qazıntılar zamanı çiy və bişmiş kərpicdən tikinti izləri, keramika nümunələri və sümük qalıqları tapılıb.Araşdırmalar ərazidə müxtəlif dövrlərdə məskunlaşmanın olduğunu göstərir. Əvvəlki tədqiqatlar zamanı yaşayış yerinin e.ə. II–I əsrlərdən eramızın V–VII əsrlərinədək mövcud olduğu müəyyən edilib.Tədqiqatçılar Təzəkənd abidəsini qədim Paytakaran şəhərinin qalıqları hesab edirlər.
24 noyabr 2026

