Beyləqanda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Beyləqanda fəaliyyət göstərən fərdi sahibkar Şəhla Həsənovaya məxsus maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Məntəqənin istismarının dayandırılmasına səbəb yoxlama zamanı orada insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntuların aşkarlanması olub.

