Beyləqanda mal-qara oğrusu saxlanılıb
Beyləqanda iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb. Rayon sakini Elnur Gülmalıyevin zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E. Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Azad Mustafayev