Beyləqanda avtomobil süpürgəçini vuraraq öldürüb
Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb. 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Solmaz Həsənovanı vurub. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Fərid Mehdiyev