Beyləqan sakinlərindən 53 kq narkotik vasitələr götürüldü
Polis Yardımlının Dəryavar kəndində Beyləqan sakinləri - Ramin Paşayev və Dəyanət Quliyevi saxlayıb. Ramin Paşayevin idarə etdiyi "Vaz 21074" markalı avtomobildən 42 kiloqram marixuana, 8 kiloqram metamfetamin və 3 kiloqram heroin götürülüb. Saxlanılan şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki pul qarşılığında Bakıya çatdırmaq üçün əldə etdikləri müəyyən edilib. Paşayev və Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova