Beyləqan sakini polisə atəş açaraq xəsarət yetirib
2021-12-01 12:09
Ötən gün Beyləqanın Aşağı Çəmənli kəndində rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin yerli sakin 40 yaşlı Eldəniz Alışova yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb ediblər. Alışov silahın qeydiyyatsız olduğunu bildirib, Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib. O, ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Vüsalə camal