Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib
2021-06-23 10:07
Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib. Zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. TƏBİB-dən bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar. Qeyd olunan faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Nərgiz camal