Beyləqan, İsmayıllı və Ağcabədinin 7 kəndinə təbii qaz verilib
Beyləqanın 1713 abonenti olan Kəbirli, Milabad və Mayak kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədilə 67 039 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. İsmayıllının 348 abonenti olan İstisu və Çayqovuşan kəndlərinə isə təbii qazın verilişi bərpa edilib. Qazlaşdırma işləri zamanı ümumi uzunluğu 24 237 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Ağcabədi rayonunun Rəncbərlər və Hüsülü kəndlərinə də yenidən “mavi yanacaq” verilib. 1332 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 67 730 metrlik qaz xətləri çəkilib, 1332 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Vəfa Şairova