Benzema Messinin rekordunu təkrarlayıb
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb. 36 yaşlı hücumçu buna İngiltərədə "Liverpul"a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub.
Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi təkrarlaya bilib.
Nərgiz Camalzadə