Belarusun paytaxtı Minskdə keçiriləcək qılıncoynatma üzrə Avropa çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb
2020-04-16 16:05
Belarusun paytaxtı Minskdə keçiriləcək qılıncoynatma üzrə Avropa çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb. Beynəlxalq Qılıncoynatma Federasiyası bu barədə qərar verib. Avropa çempionatı 16 - 21 iyunda keçirilməli idi. Yarışda Azərbaycan idmançılarının da iştirakı planlaşdırılırdı.
Vüsalə Camal