Belarusun Baş nazirinin müavini Qarabağa səfər edib
Azərbaycan və Belarus hökumətlərarası komissiyasının həmsədrləri — Baş nazirin müavinləri Samir Şərifov və Natalya Petkeviç işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Səfər zamanı nümayəndə heyəti Qızıl Kəngərli kəndinin layihələndirilməsi və burada yaradılacaq aqrar şəhərciklə bağlı təqdimatla tanış olub. Bildirilib ki, layihə Ağdamın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

