Belarusla əməkdaşlıq çərçivəsində Gəncədə nəqliyyat infrastrukturunun yenilənməsi planlaşdırılır
2021-03-10 16:04
Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov Gəncədə şəhər rəhbərliyi ilə görüşüb. Diplomat işğaldan azad edilmiş ərazilərə səfəri zamanı gördüklərindən dəhşətə gəldiyini, həmin yerlərdə aparılacaq bərpa-quruculuq işləri nəticəsində tezliklə ora həyatın yenidən qayıdacağına inandığını bildirib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Belarus ilə əməkdaşlıq çərçivəsində Gəncədə nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər görmək istədiklərini qeyd edib. Səfər çərçivəsində Andrey Ravkov “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin istehsal sahələrində olub. Eləcə də Vətən müharibəsi dövründə ermənilər tərəfindən bombalanan ərazilərə baş çəkib.
Fərid Mehdiyev