Belarus vətəndaşı arvadını qətlə yetirdi
2020-03-05 14:02
Bakıda qətl hadisəsi baş verib. Olay paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində qeydə alınıb. Belə ki, Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı, 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib. Daha sonra S.Babayev polisə gedərək könüllü təslim olub. Faktla bağlı araşdırma aparılır.
Nərgiz Camal