Belçikada 118 nəfər yeni növ koronavirusa yoluxub
2020-12-16 18:07
Belçikanın Antverpen şəhərində qocalar evini ziyarət edən “Şaxta baba” 118 nəfərin yeni növ koronavirusa yoluxmasına səbəb olub. Milad ərəfəsində keçirilən kiçik bayram şənliyinə “Şaxta baba” obrazında gələn şəxsin “COVID-19” xəstəsi olduğu ortaya çıxıb. 20-i müəssisənin əməkdaşı olmaqla, 118 koronavirusa yoluxub.
Nərgiz Camal