Belçika - Azərbaycan oyununa 30 minə yaxın bilet satılıb
Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununa 30 minə yaxın bilet satılıb. Görüşün keçiriləcəyi stadion 50 min azarkeş tutumuna malikdir. Qarşılaşma noyabrın 19-da saat 21-də başlayacaq.
Lalə Nəsib