Beşiktaş Qurban Qurbanovun oğlunu transfer etmək istəyir
2021-01-17 16:00
Türkiyənin "Beşiktaş" klubu "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə maraqlanır. Türkiyə mətbuatının xəbərinə görə İstanbul təmsilçisinin baş məşqçisi Önder Karaveli 20 yaşlı hücumçunu komandasında görmək istəyir. Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.
Nərgiz camal