Beşiktaş ciddi itki ilə üzləşib
2021-02-19 16:10
Beşiktaş ciddi itki ilə üzləşib. İstanbul təmsilçisinin futbolçusu Cenk Tosun zədələnib. 29 yaşlı hücumçunun Superliqanın növbəti turunda Denizlisporla matçda iştirak edib-etməyəcəyi məlum deyil. Tosun Beşiktaşa bu il icarə əsasında Evertondan keçib. Forvard "qara qartallar"ın heyətində çıxdığı ilk qarşılaşmada 2 qolla yadda qalmışdı.
Fərid Mehdiyev