"Beşiktaş" Çempionlar Liqasında mübarizəyə başlayır
2020-08-25 10:10
Bu gün UEFA Çempionlar Liqasında II, Avropa Liqasında isə I təsnifat mərhələsinə start veriləcək. ÇL-də I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" komandasını mübarizədən kənarlaşdıran Albaniya çempionu "Tirana" Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. Türkiyənin "Beşiktaş" klubu isə Yunanıstanda PAOK-un müqavimətini qırmağa çalışacaq. Avropa Liqasındakı yeganə oyunda isə "Riteryay" Latviyada İrlandiyanın "Derri Siti" komandasını sınağa çəkəcək.
Vüsalə Camal