Beş dövlət orqanında işləmək istəyənlər müsahibə mərhələsi üçün qeydiyyatdan keçirlər

2019-04-13 / 12:05

Beş dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A növünə aid olan 343 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 1-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. 1153 nəfər qeydiyyatdan keçib. Proses mayın 1-i saat 18-də yekunlaşacaq.
Fərid Mehdiyev