BDYPİ skuter istifadəçilərinə çağırış edib
Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur.Baş Dövlət Yol Polisi İdarəsi elektroskuter istifadəçilərini yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.Qurumdan bildirilib ki, bir skuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, təhlükəli manevrlər və piyadalara maneə yaradılması narahatlıq doğurur. İstifadəçilərə yol nişanlarının və svetoforun tələblərinə əməl etmək, sürət həddini aşmamaq və piyadaların təhlükəsizliyini nəzərə almaq tövsiyə olunub.
28 oktyabr 2026

