BDYPİ sürücülərə çağırış edib
Bu ilin ilk 10 ayında yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 30,9 faizi təhlükəsizlik kəmərindən istifadə etməyib.Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, təhlükəsizlik kəməri qəza zamanı ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Şəmkirdə iki gəncin ölümü ilə nəticələnən son qəza da kəmərdən istifadənin vacibliyini bir daha göstərib.DYP sürücü və sərnişinləri təhlükəsizlik kəmərindən mütləq istifadə etməyə çağırıb.
12 noyabr 2026

