BDYPİ 13 yaşlı velosipedçinin ölümü ilə bağlı açıqlama yayıb
Baş Dövlət Yol Polisi İdarəsi Neftçala rayonunda 13 yaşlı yeniyetmənin ölümlə nəticələndiyi yol qəzası barədə məlumat yayıb.Qurum bildirir ki, musiqi dinləyərək velosiped sürən yeniyetmə yol kəsişməsində traktorun qoşqusu ilə toqquşub və hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır. Baş Dövlət Yol Polisi İdarəsi azyaşlıları velosiped və digər ikitəkərli nəqliyyat vasitələrini idarə edərkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. İdarə valideyn nəzarətinin vacibliyini də vurğulayıb.
23 oktyabr 2026

