BBC telekanalının əməkdaşları işğaldan azad edilmiş Kəlbəcərin kəndlərindən birində olub
2020-11-13 12:04
BBC telekanalının əməkdaşları işğaldan azad edilmiş Kəlbəcərin kəndlərindən birində olub. Bunu telekanalın müxbiri Uill Vernon "Twitter" səhifəsində bildirib. Müxbir vurğulayıb ki, bölgə iki gün ərzində Azərbaycana təhvil veriləcək. Ermənilər evləri boşaldır və tərk edir. Yaşadıqları evlərin qapı və pəncərələrini söküb özləri ilə aparırlar. Onlardan bəziləri hətta evlərinə od vurub yandırır.
Nərgiz Camal