Baş Prokurorluq tərsanədə 5 işçinin zəhərlənərək ölməsi faktı ilə bağlı araşdırma aparır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğda araşdırma aparılır. İşçilər tərsanədə təmir işləri apararkən qazdan zəhərlənərək ölüblər. TƏBİB-in məlumatına görə, zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Azad Mustafayev