Baş prokuror: “Separatçılarla bağlı cinayət işi üzrə istintaq başa çatıb”
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Bu barədə Baş Prokuror Kamran Əliyev bildirib. Onun sözlərinə görə artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb.
Azad Mustafayev