Baş prokuror işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir
Hazırda müşavirədə Baş Prokurorluğun rəhbərliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorları iştirak edirlər.