Baş prokuror Gəncədə vətəndaşlarla görüşəcək
Baş prokuror Kamran Əliyev oktyabrın 12-i saat 10-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux, Göygöl və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək. Oktyabrın 27-də isə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.