Baş nazir: “MDB ölkələrinin Gəncədə keçiriləcək III Oyunları humanitar əlaqələrin gələcək inkişafına səbəb olacaq”
Baş nazir Əli Əsədov Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin davam etdirilməsi üzrə möhkəm qətiyyət nümayiş etdirdiyini bildirib. MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı baş nazir yaranmış tarixi fürsətdən rasional istifadə edilməsinin regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcəyini bildirib. Əli Əsədov MDB üzv ölkələrinin 2025-ci ildə Gəncədə keçiriləcək III Oyunlarının birlik çərçivəsində humanitar əlaqələrin gələcək inkişafına səbəb olacağını da deyib.
Fərid Mehdiyev