Bazar günü intensiv yağış yağacaq - xəbərdarlıq
Milli Hidrometeorologiya Xidməti məlumat yayıb ki, Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 9-dək davam edəcəyi gözlənilir. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
05 iyun 2026

