Bazar dəyəri ən çox düşən futbolçuların siyahısı açıqlanıb
2020-10-13 13:07
Bazar dəyəri ən çox aşağı düşən futbolçuların siyahısı müəyyənləşib. Son bir ildə İspaniyanın “Real” klubunun hücumçusu Eden Azarın qiyməti nəzərəçarpacaq dərəcədə azalıb. Belçika millisinin üzvü 54 milyon funt-sterlinq dəyər itirib. Argentina yığmasının və İspaniya “Barselona”sının kapitanı Lionel Messi ikinci sırada yer alıb. İlk “üçlüy”ün son sakini isə “Barselona”nın digər hücumçusu fransalı Antuan Qrizmanndır.
Nərgiz Camal