Bayramov və Çavuşoğlu Qarabağ münaqişəsini müzakirə ediblər
2020-08-12 10:00
Türkiyədə səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnunluqlarını bildiriblər və bu münasibətlərin daha da genişləndirilməsi petspektivlərini müzakirə ediblər. Bayramov Ermənistanın Tovuz istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyənin hər zamankı kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi qeyd edib. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.
Vəfa Şairova