Bayramla əlaqədar Bakı-Gəncə qatarlarının sayı artırılıb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq, xətt üzrə əlavə reyslər təyin olunub.