Bayramdan sonra məktəblərdə tədrisin başlayacağı tarix açıqlanıb
Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Elm və Təhsil Nazirliyindən məlumat verilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.
Fərid Mehdiyev