Bayram günlərində qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək
2021-03-18 10:04
“Novruz bayramı ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq”. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bayram günləri və həftə sonları həm Bakıda, həm də Respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək. Sürücülər həm qeydiyyat, həm də texniki baxışla bağlı müraciət edə bilərlər. İş adi günlərdəki kimi davam edəcək.
Fərid Mehdiyev