"Bayraktar" Azərbaycanda fəaliyyətə başlayır
"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır. Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.