"Bayern" qapıçıları ilə müqavilə yeniləyib
"Bayern" futbolçuları Manuel Noyer və Sven Ulreyx ilə yeni müqavilə imzalayıb. Hər iki qolkiperin sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Bu mövsüm Münhen klubunun kapitanı Noyer artıq "Bavariya"nın heyətində bütün turnirlərdə 6 matçda iştirak edib, 5 qol buraxıb. Ulreyx isə bu mövsüm bütün yarışlarda 12 oyuna çıxıb. O, rəqiblərinə 15 dəfə qol vurmağa imkan verib.
Emin İsazadə