"Bayer" klubunun futbolçusu Kerem Demirbay koronavirusa yoluxub
2020-12-07 16:13
Almaniyanın "Bayer" klubunun türk əsilli futbolçusu Kerem Demirbay koronavirusa yoluxub. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu komandadan təcrid edilib. O, evində karantinə alınıb. Digər bütün futbolçuların testi neqativ çıxıb və onlar Bundesliqanın növbəti oyununda iştirak edə biləcəklər.
Vüsalə Camal