"Bayer 04"lə cavab matçında "Qarabağ"a 1800 bilet ayrılıb
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada "Bayer 04"ün qonağı olacaq "Qarabağ"a 1800 bilet ayrılıb. Qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlər satışa çıxarılacaq. “Bayer 04” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Fərid Mehdiyev