"Bayer 04" və "Qarabağ" oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub
Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub. Biletlər fevralın 27-də, yerli vaxtla saat 12-də onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq. İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır. Martın 14-də reallaşacaq "Bayer 04" - "Qarabağ" matçı Bakı vaxtı ilə gecə saat 12-də start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Fərid Mehdiyev